Prezident İlham Əliyev aprelin 6-da "Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 12 milyon manatı Gənclər və İdman Nazirliyinə ayrılıb.
***
Prezident İlham Əliyev aprelin 6-da "Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 1 milyon manatı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.