Müdafiə nazinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda "Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir.

Bu barədə Mia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yarışlarda tank heyətləri minalanmış sahələri, digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər: "Nəticələrə əsasən ən yaxşı tank heyəti müəyyən olunacaq".