Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından 3 müəssisə alınıb.

Mia.az xəbər verir ki, bu barədə Prezident fərman imzalayıb.

Fərmana əsasən, aşağıdakı 3 müəssisə qeyd edilən nazirliyin balansından alınaraq, Bakı Nəqliyyat Agentliyinin balansına verilib:

1. "4 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC.

2. "Bakı Sərnişinservis Avtobus Parkı” MMC.

3. "1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən qarajı.