Rusiya ABŞ-ın Peterburqdakı Baş Konsulluğunu bağlayır.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumatda bildirilir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir vurğulayıb ki, ABŞ-ın Rusiyadakı səfiri Hanstman Rusiya Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib və XİN başçısının müavini Sergey Ryabkov səfirə bu barədə məlumat verib.
S.Lavrov bu addımın ABŞ-ın rus diplomatlarını öz ərazisindən çıxarmasına cavab olduğunu qeyd edib//Report.
Xatırladaq ki, martın 26-da ABŞ prezidenti Donald Tramp ABŞ-dakı 60 rus diplomatını ölkədən çıxaracaqlarını, eyni zamanda Rusiyanın Seattledəki konsulluğunu da bağlayacaqlarını bəyan edib. Tramp konsulluğun qapadılmasını, onun ABŞ Hərbi Donanmasının bazasına yaxınlıqda yerləşməsi ilə əlaqələndirsə də, rus diplomatlarının qovulmasını Britaniya dəstək məqsədi daşıdığını bəyan edib: "Rus diplomatlar 7 gün ərzində Amerikadan çıxmalıdır".
Mia.az