NATO-nun 7 rus diplomatını qovması, üstəlik, qurumdakı Rusiya təmsilçiliyinin sayını 30-dan 20-yə düşürməsi rəsmi Moskvanın sərt etirazına səbəb olub.
Mia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.
Bildirilib ki, NATO-nun bu addımı, əslində, Avropanın özünün təhlükəsizliyini çətinləşdirir: "Bəli, bu addım ilk əvvəl Avropada təhlükəsizliklə bağlı mövcud durumu zorlaşdırır. Digər yandan, belə bir hərəkət Moskva ilə NATO arasında münasibətləri də çətinləşdirir".
Mia.az