Xəbər verdiyimiz kimi, Türkiyə ordusu bu gün Afrinlə Mare arasında yerləşən Suriyanın Tel-Rıfat rayonunun terrorçu PKK/YPG-PYD terrorçularından təmizlənməsi məqsədilə əməliyyata başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sürətli əməliyyatla Türkiyə ordusu artıq Tel-Rıfat bölgəsində nəzarəti ələ keçirib.
Məlumata görə, türk ordusunun sürətli hücumundan təşvişə düşən PYD/YPG qüvvələri ciddi dirəniş göstərə bilmədən geri çəkiliblər.