Rusiya Prezidenti Vladimir Putin Kemerovo şəhərində yerləşən "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş və 64 nəfərin ölümünə səbəb olmuş yanğının nəticələrinin aradan qaldırılmasına dair iclas keçirib.
"RİA Novosti" xəbər verir ki, dövlət başçısı iclasa bir dəqiqəlik sükutla başlayaraq, ölənlərin qohumlarına və yaxınlarına başsağlığı verib.
"Burada baş verənlər döyüş hərəkətləri, şaxtada qəfildən metan qazının püskürməsi deyil. İnsanlar, uşaqlar bura istirahətə gəlmişdilər. Demoqrafiyadan danışırıq, nədən bu qədər insanı itiririk? Cinayətkar səhlənkarlıqdan", - V.Putin bildirib/Report.