Rəsmi Moskva Rusiyalı diplomatları çıxaran hər bir ölkəyə və ABŞ-ın Sietl şəhərindəki baş konsulluğun bağlanmasına görə tədbirlər görəcək.

Bunu "Rusiya 1” telekanalına müsahibəsində Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bəyan edib.

"Şübhəsiz ki, bu gün gördüklərimizə reaksiya verəcəyik. Hər ölkəyə dair müvafiq tədbirlər görüləcək”, - deyə M.Zaxarova qeyd edib. 

Onun sözlərinə görə, Solsberi şəhərində baş vermiş təxribatın arxasında Böyük Britaniya və ABŞ durur: 
"Ölkədən çıxarılan diplomatların sayı bunda şübhə qoymur. Təbii ki, biz Londonun müttəfiqlərinin bu hərəkətlərinə hazır idik”.