Demokratiya Uğrunda İttifaq (DUİ) seçki prosesində namizədliyi qeydə alınan namizədlərin ərazilərində aksiyalar keçirəcək. Bu barədə ?Qafqazinfo?ya açıqlamasında DUİ-yə daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib. Onun sözlərinə görə, Demokratiya Uğrunda İttifaq Müsavat - AXCP əməkdaşlığına hər zaman konstruktiv mövqedən yanaşıb. Buna baxmayaraq o, ?AXCP-Müsavat? Seçki Blokunun təşkil etdiyi aksiyalarda iştirak etməyəcəklərini bildirib. Partiya sədri blok rəhbərliyini müştəbehlikdə ittiham edib: ?Bir sıra etikada kənar addımlar atıblar. Bu səbəbdən indiki dövrdə onlarla bir yerdə olub seçki təxribatına şərait yaratmayacağam. İnanmıram ki, biz bir daha birgə olaq.?