Sabah Azərbaycan Milli Məclisinin payız sessiyası bazlayır
Milli Məclisin payız sessiyasının plenar iclası daxili nizamnaməyə uyğun olaraq sentyabrın 30-da başlayacaq. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirib ki, məclisin qanunvericilik işlər planına 12 məsələ daxildir. Milli Məclisin sentyabrın 30-da və oktyabrın 8-də keçiriləcək iclaslarında isə 34 sənəd müzakirə olunacaq.
MM sözçüsü onu da bildirib ki, qanunvericilik işlər planına Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Ali Məhkəməsi, Baş prokuror, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və digər qanunvericilik təşəbbüsilə çıxış edən qurumların təqdim etdikləri qanun layihələri daxildir.
Milli Məclisin sentyabrın 30-da və oktyabrın 8-də keçiriləcək iclaslarında isə 34 sənəd müzakirə olunacaq.
Bundan əlavə, dövlət büdcəsinə daxil olan qanun layihələri, Tikinti Məcəlləsi, Şəhərsalma Məcəlləsi, Gömrük Məcəlləsi, ?İnvestisiya Fondu haqqında? qanun layihəsi, ?Kənd təsərrüfatı kooperasiyası haqqında? qanun layihəsi, ?Bələdiyyələrin hesabatı haqqında? qanun layihəsi, bəzi rayonların inzibati ərazi bölgüsünə qismən dəyişikliklər barədə, ?Elm siyasəti haqqında? qanun layihəsi, ?Ali təhsil haqqında? qanun layihəsi, ?Bəzi qanunlara əlavə və dəyişikliklər haqqında? qanun layihəsi, İnsan Alverinə qarşı Komisiyanın illik hesabatı və s. məsələlər plenar iclasın gündəliyindədir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51