Havanın temperaturu bir neçə dərəcə azağı düzəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah cənub, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-20?, gündüz 27-30? olacaq.
Oktyabrın 1-də hava yağmursuz olsa da gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Lakin axşama doğru buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 17-20?, günün birinci yarısında 27-31?, axşam 23-25? təşkil edəcək.
Oktyabrın 2-də gündüz havanın arabir açılacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 16-19?, gündüz 22-24? təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 30-da gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-21?, gündüz 27-32?, dağlarda gecə 7-12?, gündüz 20-25? təşkil edəcək.
Oktyabrın 1-də axşam, 2-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, 01-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-21?, gündüz 28-33?, 02-də 24-27?, dağlarda gecə 7-12?, gündüz 21-26?, 02-də 16-21? olacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08