Bu gün Prezident İlham Əliyev Bərdə rayonuna səfər edib.
Mia.az-ın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Bərdə şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlət başçısına məlumat verib.