Fransada naməlum terrorçu Trebes şəhərində supermarketə hücum edib.
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD üzvü olan terrorçu marketdə insanları atəşə tutub, daha sonra 7 nəfəri girov götürüb.
Fransa polisindən verilən məlumata görə, terrorçu son anda girovları buraxıb: "Polisin apardığı proflaktik tədbirlərdən sonra terrorçu girov alınan 7 nəfəri buraxılıb. Hadisə zamanı terrorçu 2 nəfər öldürüb, 12 nəfəri isə yaralayıb. Bu, terrordur. Hazırda şəhərdə fövqəladə vəziyyət elan olunub".
***
Son məlumata görə, terrorda 3 nəfər həlak olub. Polis əməliyatı ilə terrorçu da məhv edilib
Mia.az