Türkiyəyə məxsus F-16 qırıcı təyyarəsi qəzaya düşüb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nevşəhərin Gülşəhər rayonu ərazsində qəzaya uğrayan F-16-nın pilotu şəhid olub.

Rəsmi məlumata görə, təlim məqsədi ilə havalanan təyyarənin qalıqları və şəhidin nəşi tapılıb. 

Türkiyə Ordusunun Baş Qərargahı hadisə ilə bağlı məlumat yayaraq, şəhidin ailəsinə və türk xalqına başsağlığı verib.

Mia.az