Hökumət maazlarının tənzimlənməsi haqqında qərar verib
Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında qərar verib.
Müstəqil İnformasiya Agentliyi Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin "Minimum aylıq əmək- haqqının artırılması haqqında" 2010-cu il 31 avqust tarixli 1078 nömrəli, "Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 6 sentyabr tarixli 1084 nömrəli, "Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 13 sentyabr tarixli 1092 nömrəli, "Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 17 sentyabr tarixli 1097 nömrəli, "Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 17 sentyabr tarixli 1098 nömrəli, "Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 21 sentyabr tarixli 1114 nömrəli, "Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 21 sentyabr tarixli 1115 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.
2. "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 209 nömrəli qərarı (2-ci bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar 2010-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 sentyabr tarixli 166 nömrəli qərarına
1 nömrəli əlavə
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin
[b]Vahid Tarif Cədvəli [/b]
Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)
1 ---------------------------------- 85
2 ---------------------------------- 89
3 ---------------------------------- 93
4 ---------------------------------- 97
5 ---------------------------------- 102
6 ---------------------------------- 106
7 ---------------------------------- 110
8 ---------------------------------- 114
9 ---------------------------------- 118
10 ---------------------------------- 123
11 ---------------------------------- 128
12 ---------------------------------- 136
13 ---------------------------------- 147
14 ---------------------------------- 158
15 ---------------------------------- 171
16 ---------------------------------- 200
17 ---------------------------------- 275
18 ---------------------------------- 347
19 ---------------------------------- 585
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 sentyabr tarixli 166 nömrəli qərarına
2 nömrəli əlavə
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin
[b]Vahid Tarif Cədvəli [/b]
Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)
1 -------------------------------- 100
2 -------------------------------- 104
3 -------------------------------- 108
4 ------------------------------ 112
5 ------------------------------- 117
6 ------------------------------ 122
7 ------------------------------ 127
8 ------------------------------- 132
9 ------------------------------- 137
10 ------------------------------- 145
11 -------------------------------- 155
12 -------------------------------- 163
13 -------------------------------- 172
14 -------------------------------- 185
15 -------------------------------- 205
16 -------------------------------- 235
17 -------------------------------- 325
18 -------------------------------- 406
19 -------------------------------- 650
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08