Fransanın keçmiş prezidenti Nikolya Sarkozi polis tərəfindən saxlanıb.
Bu barədə "Röyter" agentliyi məlumat yayıb. Onun 2007-ci ildəki prezident seçkisi zamanı seçkiqabağı təşviqat kampaniyasını maliyyələşdirməsiylə əlaqədar saxlanıldığı bildirilib.
Qeyd edək ki, Sarkoziyə qarşı cinayət işi 2017-ci ildə yenidən qaldırılıb. O, xüsusilə təşviqat kampaniyasını Liviyanın mərhum lideri Müəmmər Qəzzafi tərəfindən maliyyələşdirilməsində ittiham edilir/Axar.az.