Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, iclasda ilk olaraq payız sessiyasının iş planı müzakirə olunacaq. Məlumatda o da bildirilir ki, sentyabrın 30-da keçiriləcək iclasın gündəliyinə daha çox bir sıra beynəlxalq və ikitərəfli sazişlərin ratifikasiya olunması məsələsi daxildir.