Türkiyənin Birləşmiş Ərəb Əmirliklərindən qalxan xüsusi şəxsə sahib olan təyyarəsi İran ərazisndə qəzaya uğrayıb.

Mia.az Reuters-ə istinadən xəbər verir ki, hadisə az əvvəl baş verib.

Məlumata görə, "Başaran Holding"ə məxsus olan 12 nəfərlik xüsisi təyyarə dağlıq bölgəyə düşüb. Qəzadan sonra ərazidə yanğın çıxıb.  İran mediasının xəbərinə görə, təyyarə dağa çırpılıb. 

Dəqiqləşmiş məlumata görə, təyyarədə 11 nəfər olub, onlardan 8-nin sərnişin, 3-nün personal olduğu bildirilir.

Mia.az