31 saylı Suraxanı Seçki Dairəsindən YAP-ın vahid namizədi, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev namizədliyini geri götürüb. Bununla da həmin dairədən müxalifətin vahid namizədi olan AXCP sədri Əli Kərimlinin rəqibləri azalıb. Əhməd Vəliyevin belə bir addım atmasını isə onun rəqiblərindən biri olan Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan alqışlayıb. Bəyturan MİA-ya bildirib ki, həmin dairədən qələbə qazanacağına əmindir. Qeyd edək ki, Əhməd Vəliyevin 107 saylı Qazax seşki dairəsindən namizəd olacağı bildirilir.