Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanmış daha bir sahə üzrə sazişi də təsdiq edib.

Mia.az xəbər verir ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanmış Saziş təsdiq olunub.