Sentyabrın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakıdakı ?Təbriz? kinoteatrında özünün 4-cü (8-ci) qurultayını keçirəcək. Partiyadan verilən məlumata görə, qurultayda partiya və Ali Məclis sədrlərinin hesabatları dinləniləcək. Qurultay müzakirələrinin sonunda ölkədəki ictimai-siyasi vəziyyət, qarşıdan gələn seçkilər və insan hüquqlarının vəziyyəti ilə bağlı ölkə ictimaiyyətinə müraciət olunacağı gözlənilir. Bundan başqa, qurultayda Müsavat Partiyası ilə AXCP-nin ilkin şərt irəli sürmədən birləşməsi ilə bağlı qərar qəbul olunacağı da gözlənilir. Qurultayda partiya sədrinin seçilməsi məsələsi də müzakirə oluna bilər. Amma Əli Kərimlini AXCP-nin alternativsiz sədri hesab edən Fuad Qəhrəmanlı inanmır ki, qurultayda sədrliyə hər hansı alternativ namizədin irəli sürülməsi zərurəti yaransın.