Novruz bayramı ilə əlaqədar Azərbaycan məktəblərində şagirdlər martın 20-dən etibarən dərsə getməyəcəklər.  

Təhsil Nazirliyindən bildirilib ki, məktəbdə dərslər martın 27-də başlayacaq.  

Məktəbəqədər təhsil alanlar üçün sonuncu dərs günü martın 15-i, şagirdlər üçün isə sonuncu dərs günü martın 19-dur. 

 Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. 

Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür. Martın 27-si isə iş günüdür. 

 Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq/Report.