PKK/PYD-yə silah tədarükü görən ABŞ bu dəfə də 28 ildir xüsusi hazırladığı özəl yetişdirilmiş 70 nəfərdən ibarət dəstəni Afrinə yeridib.
Mia.az xəbər verir ki, bu sensasion iddianı Türkiyə mətbuatı yayıb.
Bildirilib ki, 1990-cı ildən bu yana ABŞ Guam adasında özəl hərbi təhsil və təlim keçdiyi 70 terroristi bu yaxınlarda Suriyaya gətirib və onlar artıq Afrin bölgəsinə keçib: "Həmin xüsusi təlim keçmiş 70 nəfərlik dəstə qırıcı və helikopter idarə etməkdən tutmuş, antitank, təyyarə vuran raketlərdən peşəkar formada istifadə etməklə yanaşı, elektron mina yerləşdirmək kimi xüsusi bacarığa sahibləniblər".
Məlumata görə, PKK/PYDyə dəstək olaraq Afrinə yeridilən bu dəstə hazırda Türkiyə ordusuna qarşı vuruşur: "Guamda xüsusi təlim keçirilən bu terrorçular eyni zamanda HAT adı verilən PKK-nın xüsusi təyinatlılarının əsasını təşkil edir. Onlar ABŞ-ın xüsusi təyinatlılarından hazırlıq səviyyəsinə görə fərqlənmir və ən müasir silahları çox ustalıqla istifadə etməyi bacarırlar".
Mia.az