Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verən əraziyə gəlib.
Dövlət başçısı Respublika Narkoloji Mərkəzində baş verən yanğının təfərrüatları və faciənin hansı səbəbdən baş verməsi ilə maraqlanıb və müvafiq göstərişlər verib.
Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib. Yanğın söndürülüb. Yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ("morq”) 24 nəfərin meyiti gətirilib. Daha üç nəfər isə tüstüdən zəhərlənib.

