Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.
Mia.az xəbər verir ki, ilkin məlumata əsasən, 24 nəfərədək ölü və 5 yaralı var.
Hadisə zamanı xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib..
Qeyd edək ki, yanğın səhər saatlarında söndürülüb.
Nazir Kəmaləddin Heydərov başda olmaqla FHN rəhbərliyi, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş prokurorun Rüstəm Usubov hazırda yanğın ərazisindədir. Daxili işlər naziri Ramil Usubov da hadisə yerinə gəlib.
Mia.az bildirir ki, az sonra Prezident İlham Əliyev də hadisə yerinə gəlib. Orada vəzifəli şəxslər hadisə barədə Prezidentə məruzə ediblər. Prezident müvafiq qurumların rəhbərlərinə yerində göstərişlər verib.
Mia.az Qafqazinfo.ya istinadən hadisə yerindən video da təqdim edir:


