Fevralın 24-də BMT Təhlükəsizlik Şurasının Suriyanın əsasən Şərqi Qutada baş verən bombardmanlardan əziyyət çəkən  mülkü əhalinin təxliyyəsi üçün qəbul etdiyi 30 günlük atəşkəs qərarını bu gündək icra etmək mümkün olmayıb. 

Mia.az xarici mediyaya istinadən xəbər verir ki, bu gün Rusiya prezidenti Putinlə Türkiyə prezidenti Ərdoğanın birgə fəaliyyəti nəticəsində Şərqi Qutada mülki əhalinin ilk təxliyyəsi baş tutub.

Bu barədə Putinin özü açıqlama verib.

Onun sözlərinə görə, məhz Ərdoğanın yardımı ilə Şərqi Qutada xeyli insan təxliyyə olunub. Putin bildirib ki, bundan sonra hər gün Şərqi Qutada 5 saatlıq atəşkəs tətbiq olunacaq: "Bununla da mülki əhalinin şəhərdən rahat çıxması həyata keçiriləcək".

Məlumatda o da deyilir ki, Putinin bu qərarına rəğmən, Əsədə bağlı olan ordu şəhəri yenə də atəşə tutmağa davam edir.

Mia.az