"Bu qərar terror qruplaşmalarına dəstək xarakteri daşıyır”.
Bunu Türkiyə baş nazirinin müavini, hökumətin sözçüsü Bəkir Bozdağ terrorçu PYD-nin liderlərindən biri olan Salih Müslümün Praqa məhkəməsinin qərarı ilə sərbəst buraxılmasına münasibət bildirərkən deyib.
"Bir çox ölkə PYD-nin əliqanlı bir terror qruplaşması olduğunu bilir. Türkiyədə onun bir çox qanlı cinayətlərdə əli var. Belə qərarlar siyasi olur. Bu, Türkiyəyə qarşı terror fəaliyyətinə dəstək qərarıdır. Biz qəti şəkildə mübarizəmizə davam edəcəyik. Terrorların və terror qruplaşmalarının rəngi, dili, dini və milli mənsubiyyəti olmaz”, - o vurğulayıb/Report.