Polşa Prezidenti Ancey Dudanın olduğu avtomobil qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə Krakov şəhərində baş verib.

Qeyd olunur ki, prezidenti aparan avtomobil yolun hərəkət istiqamətlərini ayıran beton maneəyə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.