"Türkiyə olaraq əsla və əsla Xocalıda azərbaycanlı qardaşlarımıza qarşı törədilən vəhşiliyi unutmadıq və unutmayacağıq".
Mia.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyasının toplantısında deyib.
O, 1992-ci ilin fevralın 25-dən 26-na kecən gecə ermənilərin Rusiya ordusunun 366-cı alayı ilə birlikdə Xocalı şəhərinə hücum etdiyini xatırladaraq, Ermənistana da xəbərdarlıq edib: "Ermənistan bilsin ki, Azərbaycan öz torpaqlarını işğaldan mütləq azad edəcək, o gün yaxındadır".
Mia.az