Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Cenevrəyə işgüzar səfərə gedib.  

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmmədyarovun BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı, BMT-nin baş katibinin müavini, eyni zamanda BMT-nin Cenevrə bölməsinin baş direktoru və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.