Mia.az xəbər verir ki, o, səfər qabağı hava limanında mətbuat konfransı keçirib.
Konfransda Daxili işlər naziri Süleyman Soylunun bir neçə gün əvvəl toplantıların birində xalqa xitabən "haqqınızı halal edin. Bəlkə bu son görüşümüz oldu" bəyanatı xatırladılaraq, Ərdoğana onun istefaya göndərilib-göndərilməyəcyi haqda sual verilib.
Prezident bildirib ki, belə xəbərləri yayanlar sosial şəbəkədəki trollardır: "Bu xəbərlərin heç bir əsası yoxdur. Süleyman Soylu vəzifəsinin başındadır".
Daha sonra jurnalistlərdən biri "64 yaşında özünüzü sağlam hiss edirsinizmi" deyə prezidentə sual verib. Ərdoğan isə cavabında "sən oradan məni necə görürsən" deyib. Jurnalist "Çox sağlam" deyə cavab verib.
Bundan sonra Ərdoğan gülə-gülə "Əgər bu gün səfərə çıxıramsa, demək ki, sağlamlığımda heç bir problem yoxdur" deyib.
Sonda doğum günü olan Ərdoğanın şərəfinə tort kəsilib.
Mia.az