Elman Rüstəmov: "Gələn il bahalazma tempi bir qədər zəifləyərək 7-8 faiz təzkil edəcək?
Bu il Azərbaycanda iqtisadi artım 4-5 faiz arasında dəyişəcək. Bunu ?Bloomberg? agentliyinə müsahibəsində Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, dünya bazarında neftin qiymətlərinin yüksəlməsi iqtisadi artıma stimul verib. Belə ki, 2010-cu ilin geridə qalan dövründə Azərbaycan neftinin orta qiyməti 77 dollar 7 sent təşkil edib. Bu da ötənilki qiymətdən təqribən 37 faiz yüksəkdir: ?Azərbaycanın ixracının 93 faizini təşkil edən neftin qiymətlərinin yüksəlməsi ölkənin valyuta ehtiyatlarının çoxalması ilə nəticələnəcək?.
E. Rüstəmov deyib ki, bu il ölkənin valyuta ehtiyatları 6,5 milyard, gələn ilsə 8 milyard dollar artacaq. Mərkəzi Bankın rəhbəri inflyasiya proqnozları ilə bağlı açıqlama da verib. Onun fikrincə, bu il ölkədə qiymət artımı ilin sonuna bir qədər sürətlənərək 10 faizə yaxınlaşacaq. Amma ilin sonunda birrəqəmli inflyasiya qeydə alınacaq: ?Gələn il isə bahalaşma tempi bir qədər zəifləyərək 7-8 faiz təşkil edəcək?.
Bank rəhbəri inflyasiyanın indiki səviyyəsinin qənaətbəxş olduğunu bildirib. E.Rüstəmov valyuta bazarında manatın sabitliyinin qorunduğunu xatırladaraq, üzən məzənnə siyasətinə keçidi istisna etməyib. Amma bu zaman makroiqtisadi şərait, hökumətin maliyyə imkanları və real iqtisadiyyatın vəziyyəti nəzərə alınmalıdır.
Hökumət rəsmilərinin fikrincə, ildə 50 milyon ton neft ixracı ölkəyə valyuta axınınını artırır. Bu isə manatın məzənnəsinə diqqəti artırmağı tələb edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19