Vaxtı keçmiz kreditlərin həcmi 52% ötdü
Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 52% artıb. Nəticədə vaxtı keçmiş kreditlər bankların ciddi problemlərindən birinə çevrilib. Hətta vəziyyət o həddə çatıb ki, Mərkəzi Bank kreditlərin verilişinə nəzarəti gücləndirib. Hər yeni kredit xətti MB tərəfindən təftiş olunur.
Bir şəxsin adına 2-ci kredit xətti aşkarlandıqda sonuncu krediti verən bank cəzalandırılır. Rəylərə görə, böhranın təsiri və banklarda kredit risklərinin idarə edilməsinin lazımi səviyyədə olmaması problemli kreditlərin həcmini getdikcə artırıacaq. O da bildirilir ki, 2010-cu ilin sonunda Azərbaycanın bank sektorunda problemli borclar ən yüksək həddə çatacaq. Çünki, kredit şərtləri ağır olaraq qalır və bu da bankların inkişafına təsir edir, aktivlərin keyfiyyətini pisləşdirir. Məlumat üçün qeyd edək ki, hazırda kommersiya banklarının təklib etdikləri kredit faizləri 29-34 faiz arasında dəyişir. Qarşıdakı aylarda bankların faiz siyasətlərində dəyişiklik gözlənilmir..
İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, vaxtı keçmiş kreditlərin həcminin son bir ildə 52% artması problemin dərinləşməsindən xəbər verir: ?Vaxtı keçmiş kreditlərin həcminin sürətlə artması bəzi bankların öz funksiyalarını yerinə yetirməsinə imkan vermir. Hətta bir sıra iri bankların öz səhmdarlarına dividend ödəyə bilməməsi də vaxtı keçmiş kreditlərin həcminin artmasından irəli gəlir. O baxımdan promlemli kredirlər kifayət qədər ciddi məsələdir?.
İqtisadçı bildirir ki, problemli kreditlərin strukturu bəzi bankların problemlərinin daha çox olduğunu göstərir: ?O banklar ki, əhali ilə az işləyiblər və daha çox şirkətlərə kredit verməkdə maraqlı olublar, onların kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi daha böyükdür. Problemli kreditləri heç də birmənalı şəkildə əhalinin həmin kreditləri qaytara bilmə imkanlarının az olması ilə əlaqələndirmək doğru deyil. Problemli kreditlərin əsas səbəblərindən biri kommersiya banklarının kreditləri verən zaman bazarı doğru hesablamamalarıdır?.
Vaxtı keçmiş kreditlərin yaranması və çoxalmasında bankların rolunun kifayət qədər böyük olduğunu vurğulayan ekspert maliyyə böhranından əvvəlki dövrlərdə bankların MDB ölkələrinin bankları arasında ən yüksək faizlə kreditlər təklif etdiklərini xatırlatdı: ? Bəzi banklar istehlak kreditlərinin faiz dərəcələrini 35 faizə qədər yüksəltmişdilər. 35 faizlə verilən kreditlərin geri qaytarılması imkanları isə olduqca məduddur?.
V.Bayramov un sözlərinə görə, problemli kreditlərin həcmində 2009-cu ilin ortalarından başlayaraq artımlar müşahidə edilməkdədir. Nəticədə əgər ötən ilin ortalarında problemli kreditlərin payı bank aktivlərinin 2,7 faizini təşkil edirdisə, həmin rəqəm artıq 5 faizə çatıb. Yeri gəlmişkən, beynəlxalq standartlara görə problemli kreditlərin payı bank aktivlərinin 3 faizindən çoxdursa, bu artıq kritik həddir. Kommersiya bankları üçün ciddi baş ağrısıdır?.
Problemli kredit məsələsinin necə həll edilməsinə gəlincə, V.Bayramov kommersiya banklarının bu istiqamətdə addımlar atmadığı fikrindədir: ?Bankların kreditlərin verilməsi ilə bağlı qiymətləndirmələri qısa müddəti əhatə edir.Onlar uzunmüddətli dövr üçün kreditlərin qiymətləndirmə və ya qaytarılma mexanizmini müəyyənləşdirə bilmirlər. Problemin digər tərəfi, bankların kreditlər qaytarıla bilməyəndə girov şəklində olan avtomobil və ya mənzili satacaqlarını güman etmələridir. Bununla dəyən ziyanın ödəniləcəyini düşünürlər. Amma böhrandan sonra həm əmlak, həm də avtomobil bazarında müşahidə edilən durğunluq praktiki banklara girovu sataraq dəyən ziyanı ödəməyə imkan vermir?.
Mütəxəssis deyir ki, problemli kreditlər yalnız Azərbaycanda deyil, Ukrayna, Rusiya, Qazaxıstanda bank sektorunda müşahidə edilən ciddi problemlərdəndir.İSİM rəhbəri həmçinin problemli kreditlərin həlli istiqamətində addımların atılmasına ehtiyac olduğunu düşünür: ? Təəssüf ki, banklar problemli kreditlər məsələsini inzibati yollarla həll etməyə çalışırlar ki, bu da effektli deyil. Problemin inzibati yolla həlli problemin dərinləşməsinə gəirib çıxara bilər. Lakin
bütün hallarda hökümətin müdaxiləsinə ehtiyac var. Kredit götürüb qaytara bilməyənlərə müəyyən güzəşt müddəti verilməlidir. Hansıki bu müddətdə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması mümkündür. Ondan sonra onlar borclarını qaytara bilrələr. Belə bir bir müddətin müəyyən edilməsi həm də bankların öz gəlir və xərclərini proqnozlaşdırmaq imkanına malik olmaları baxımından vacibdir. Banklar virtual olsa da belə öz gəlirlərini proqnozlaşdıran zaman problemli kreditləri də gəlirlərinə daxil edirlər. Bu isə bankların gəlir və xərc təhvilinin düzgün aparılmasına imkan vermir?.
Mütəxəssis hesab edir ki, problemli kreditlərlə bağlı güzəşt müddəti müəyyən olunarsa, bu eyni zamanda likvidliklərini artırmaq üçün bankların digər mənbələrə müraciət etməsinə də gətirib çıxaracaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19