Mia.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noyertə bu gün Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi Afrin əməliyatı ilə bağlı sualları cavablandırıb.
O, etiraf edib ki, Suriyanın şərq bölgəsində İŞİD-ə qarşı döyüşən YPG/PKK terror qüvvələri Afrinə doğru yönəlməyə başlayıb: "Afrində yaşananlar İŞİD-ə qarşı mübarizəni başqa tərəfə çəkir. Bizim birbaşa hərəkət etdiyimiz bəzi qüvvələrin Afrinə getdiyini görürük. Onların ailəvi əlaqələri var, orada ailə bağları var. Bəlkə də Afrinə getmələrinin bir səbəbi də budur. Təkrar edirəm, bu İŞİD-ə qarşı savaşda diqqəti dağıdır. Artıq əvvəlki kimi İŞİD-lə mübarizə apara, hərəkət edə bilmirik".
Xatərladaq ki, ABŞ PKK-nın Suriya qolu olan YPG/PYD qüvvələrinə 4 mindən çox müxtəlif silahlarla yüklənmiş TIR dolusu silah verib. Eyni zamanda, bəzi məntəqlələrdə bu terror qruplaşması ilə birbaşa əməliyyatlarda da iştirak edir.
Mia.az