Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib.
Bu barədə Mia.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, fevralın 21-də cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.