Azərbaycanın Xalq Artisti, bəstəkar Xəyyam Mirzəzadənin 75 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, yubiley tədbirinin oktyabrda keçirilməsi nəzərdə tutulub. Nazir bildirmişdir ki, X.Mirzəzadənin razılığı əsasında onun əsərlərinin əlyazmaları və digər şəxsi əşyaları R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə təqdim edilib.