Sumqayıt hadisələrinə həsr olunmuş yeni kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ?Potensial? Sumqayıt Mütəxəssisləri Birliyinin həyata keçirdiyi ?1988-ci il Sumqayıt hadisələri ilə bağlı əsil həqiqətin dünya ictimaiyyətinə çatdırılması? layihəsi çərçivəsində çap olunub. Eyruz Məmmədovun ?Ermənilərin Sumqayıtda qanlı aksiyası? adlı sənədli analitik kitabında 1988-ci il, fevral ayının 28-29-da Sumqayıtda, eləcə də Dağlıq Qarabağ və onun ətrafında baş verən problemlərə, ictimai-siyasi proseslərə toxunulur. Müəllif tarixi faktlara istinad edərək SSRİ-nin dövründə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və siyasi Bürosunun bir sıra üzvlərindən, Rusiyanın ayrı-ayrı demokratlarından apardığı müsahibələrdən belə nəticəyə gəlir ki, Azərbaycan- Ermənistan konflikti qabaqcadan düşünülmüş və planlaşdırılmış bir aksiya idi. Müəllif kitabda Dağlıq Qarabağla bağlı bir sıra qaranlıq mətləblərə də aydınlıq gətirməyə çalışmışdır.