Abbas Abbasovun deputat oğlu YAP-ın vahid namizədinə qarzı mübarizə aparacaq
Daha bir dairədə hakimiyətin iki namizədi mübarizə aparacaq. MSK-nın Seçkilər İnformasiya Mərkəzindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 37 Saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun oğlu, deputat Aydın Abbasovun namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Bu dairədən hakimiyyətin digər namizədi Yeni Azərbaycan Partiyasının vahid siyahısında olan Gəncə Şəhər İcra hakimiyyətinin MKTIB-nin rəis müavini Şahin Məmmədovdur.
Qeyd edək ki, artıq hər iki namizəd DSK-dan imza vərəqələrini götürüb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51