Beyləqan korpusunun keçmiş komandiri, general Mahmud Həmzəyev də seçkiyə qoşulur. ?Seçkilər? İnformasiya Mərkəzindən MİA-ya verilən məlumata görə, M.Həmzəyevin namizədliyi özü tərəfindən irəli sürülüb. Namizədliyini 107 saylı Qazax seçki dairəsindən irəli sürən general artıq imza vərəqələrini də götürüb. Məlumat üçün bildirək ki, general-mayor Mahmud Həmzəyev 2009-cu ilə kimi Beyləqan korpusunun komandiri olub və o vəzifədən də təqaüdə göndərilib.