Xəbər verdiyimiz kimi, dünən gecə Türkiyəyə gələn ABŞ Dövlət katibi Tillerson prezident Ərdoğanla görüşüb.
Mia.az "Reuters"ə istinadən xəbər verir ki, görüşdə əsas mövzulardan biri də YPG-nin Menbiçdən geri çəkilməsi olub: "Türkiyə ABŞ-a Menbişdə birgə hərəkət etmək təklifi irəli sürüb. ABŞ və Türkiyə əsgərlərinin Menbiçə yerləşdirilməsinə paralel olaraq isə YPG-nin Fərat çayının şərqinə çəkilməsi istənilib. Tillerson ABŞ-ın bu tələbi müzakirə etdiyini deyərək, bunun mümkünlüyünü istisna etməyib".
Mia.az