Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatının 26-cı günündı məhv edilən PYD terrorçularının sayını açıqlayıb.

Mia.az bildirir ki, bu günə olan rəsmi məlumata görə, Afrində 1485 terrorçu öldürülüb: "Təkcə bu gecə və səhər 46 terrorçu məhv edilib".

Məlumata görə, ötən gecə PYD terrorçuları Türkiyə ordusunun nəzarətində olan Bekovası kəındinə sızmağa çalışıb: "Terrorçular Kiçik Darmık Dağındakı tunellərdən kəndə gizli sızmağa çalışıb. Lakin Türk ordusu və ASO üzvləri bunu zamanında fərq edib. Şiddətli döyüşlərdən sonra 13 terrorçu məhv edilib, qalanları qaçıb".

Mia.az