?Qarabağ Bloku?nun bir sıra namizədlərinə qarşı qanun pozuntusu baş verib. Azərbaycan Demokrat Partiyasının mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən blokun ADP-dən olan vahid namizədi Seyidov Mirağa Təvəkkül oğlu İmza toplama kampaniyasında problemlə üzləşib. Belə ki, həmin seçki dairəsindən olan əksər seçicilər ona bildiriblər ki, onlara YAP-ın namizədindən başqa heç kimə imza verməmələri ilə bağlı tapşırıq verilib. 14 saylı Xəzər ikinci seçki dairəsi üzrə ?Qarabağ Bloku?nun vahid namizədi Hüseyn Kamal Nizami oğlu sənədlərini adı çəkilən DSK-ya təqdim etməsindən (sentyabrın 14-də təqdim edib) 6 gün keçməsinə baxmayaraq hələ də imza vərəqələrini ala bilməyib. Müvafiq qanunvericiliyə görə DSK 5 gün ərzində namizədə imza vərəqələrini verməlidir. Hüseyn Kamal bu gün də adı çəkilən DSK-ya imza vərəqələrinin götürülməsi ilə bağlı müraciət etsə də, DSK sədrinin yerində olmaması bəhanə edilərək ona imza vərəqələri verilməyib. 33 saylı Xətai birinci, 64 saylı Sabirabad ikinci DSK-rı qanunda nəzərdə tutulmayan sənədləri tələb edir. Partiya hakimiyyətdən yaranmış problemlərin aradan qaldırılmasını tələb edib.