56 saylı Xaçmaz kənd dairəsinin sədri yoxa çıxıb
?Qarabag? seçki blokunun namizədlərinə qarşı ayrı-seçkilik davam edir. Blokun 56 saylı Xaçmaz kənd dairəsindən vahid namizədi Araz Quliyev sənədlərini Dairə Seçki Komissiyasına təqdim edə bilmir. Buna səbəb DSK sədrinin yoxa çıxmasıdır. MİA-nın məlumatına görə, məlumat Aydınlar Partiyasının mətbuat xidmətində daxil olub.
Məlumatda bildirilir ki, A.Quliyev sonuncu dəfə sentyabrın 20-də DSK olub və ona bildiriblər ki, sədr bir neçə gun olmayacaq. Bu səbəbdən də onun sənədlərini qəbul edə bilməzlər. MSK-ın təlimatına görə isə seçki gunu də daxil olmaqla, seçki kampaniyası dövründə şənbə-bazar günləri nəzərə alınmadan fasiləsiz fəaliyyət göstərməlidir.
?Qarabağ? blokunun 77 saylı Astara dairəsindən vahid namizədi olan Əli Əliyev də qanunsuzluqlarla üzləşib. Aydınlar Partiyasının Astara təşkilatının sədri olan Əli Əliyevdən partiya üzvü olması haqda arayışın olmamasını bəhanə edərək sənədlərini götüməkdən imtina ediblər. Ancaq Seçki Məcəlləsində və normativ aktlarda belə bir tələb yoxdur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51