Bu gün Moskvanın "Domodedovo" hava limanından qalxan və az sonra naməlum səbəbdən qəzaya uğrayan sərnişin təyyarəsi ilə bağlı xüsusi komissiya yaradılıb.

Mia.az Rusiya mətbuatına istinadən bildirir ki, 71 nəfərin həlak olduğu qəza ilə bağlı Rusiya prezidenti Vladimir Putin hökumətə tapşırıq verib.

Bu barədə açıqlama verən Putinin köməkçisi Peskov deyib ki, Rusiya prezidenti qəzada həlak olan şəxslərin qohumlarına başsağlığı verib və hadisənin operativ araşdırması üçün komissiya yaradılmasını tapşırıb.

Mia.az