Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb.

Mia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Domodedovo Hava limanından qalxan və içində 65 sərnişin və pilot daxil 6 təyyarə xidmətçisi olan təyyarə havaya qalxdıqdan az sonra Moskva ətrafında yerə düşüb: "İlkin məlumata görə, Saratov Hava Yollarına aid olan "Antonov An-148" tipli sərnişin təyyarəsindən sağ çıxanın olmadığı deyilir".

***

17.30

Son məlumata görə, xilasedicilər təyyarənin qalıqlarını aşkarlayıblar. Aydın olub ki, 71 nəfərin hamısı həlak olublar.

Mia.az