Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında Türkiyəyə məxsus hərbi helikopter vurulub. Helikopterdə olan hər iki hərbçi şəhid olublar.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PYD-yə sərt xəbərdarlıq edib: "Təbii, şəhidlərimiz olacaq. Biz müharibənin içindəyik. İtkimiz də olacaq. Bizim bir helokopterimiz vuruldusa, bunun əvəzini onlar qat-qat ödəyəcək”.

Mia.az