Bakıda intihar hadisəsi baş verib. Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsindən verilən məlumata görə, hadisə bu gün saat 13.00 radələrində qeydə alınıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, adı hələlik müəyyənləşdirilməyən 22-23 yaşlı qız elə hadisə yerindəcə keçinib. Hadisə yerinə polis bölməsinin və rayon prokurorluğunun əməkdaşları gedərək ilkin araşdırmalara başlayıblar(anspress).