Suriya ordusu ABŞ-ın dəstəklədiyi PYD qüvvələrinə qarşı hücuma keçib.
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, Əsədə bağlı ordu PYD-nin Fərat çayının 8 km-də yerləşən qərargahına hücum edib.
Məlumata görə, PYD-ni Əsəd ordusunun hücumundan qorumaq üçün ABŞ dərhal hərəkətə keçib: "Amerika liderliyindəki koalisyon qüvvələri Əsəd ordusunu geri çəkilməsi üçün Əsəd ordusuna qarşı ühcuma keçiblər. Nəticədə Əsəd ordusu geri çəkilməyə məcbur olub".
ABŞ bu hücumu əslində PYD-ni qorumaqdan daha çox, həmin qərargahda Amerika hərbçilərinin olması ilə əlaqələndirib: "Məqsədimiz həm də Suriya ordusunu geri çəkdirməklə, İŞİD-ə qarşı savaşın axsamasına mane olmaq idi".
Mia.az