Suriya XİN  ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın ölkənin şərqində törətdiyi hücumu hərbi cinayətkarlıq adlandırıb.

 APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya XİN-in BMT-yə təqdim etdiyi məktubda bildirilir. 

"Biz beynəlxalq ictimaiyyətdən bu qətliamı pisləməyi və koalisiyanın məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırırıq”, - deyə Suriya XİN-i qeyd edib.   

 Məktubda həmçinin koalisiyanın buraxılması tələb olunur. 

Qeyd edək ki, koalisiyanın Suriya ordusuna hücumu nəticəsində 100-dək hərbçi həlak olub.