Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə ?Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi? mövzusunda məlumat sessiyalarına başlayacaq. MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, sessiyalara sentyabrın 20-dən start veriləcək. Tədbirlərdə rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri iştirak edəcəklər. İlk məlumat sessiyası sentyabrın 20-də Bakının və ətraf rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək. Sentyabrın 21-də Şirvanda, 22-də Mingəçevirdə, 24-də isə Naxçıvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün eyni mövzulu məlumat sessiyaları keçiriləcək.